Kişi voleybolçuların Azərbaycan Yüksək liqasında XI tur start götürüb. İlk oyun günündə iki matç keçirilib.
“Neftç”i ilə qarşılaşan “Ordu” 3:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində xalını 25-ə çatdıran “hərbiçilər” birinci pilləyə yüksəlib. Onlar ikinci “ağ-qaralar”ı 2 xal qabaqlayır. 22 xallı “Xilasedici” üçüncüdür.
İkinci matçda isə “Azerrail” “Murov Az Terminal”la qarşılaşmadan 3:0-lıq üstünlüklə ayrılıb.














