Tennis üzrə mövsümün ilk Böyük Dəbilqə turniri olan “Australian Open” yarışında kişilərin mübarizəsində bütün yarımfinalçılar bəlli olub.
1/4 finalda Novak Cokoviç italiyalı Lorentso Musetti ilə görüşüb. Musetti ilk iki setdə müvafiq olaraq 6:4 və 6:3 qalib gəlib. Üçüncü hissədə hesab 3:1 Cokoviçin xeyrinə olarkən Musetti zədə səbəbindən mübarizəni davam etdirə bilməyib və serbiyalı tennis ulduzu yarımfinala yüksəlib.
Onun bu etapda rəqibinin müəyənləşdiyi dueldə reytinqinin ikincisi Yannik Sinner ABŞ-li Ben Şeltonu 3:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, dünyanın bir nömrəli raketka ustası ispaniyalı Karlos Alkaras almaniyalı Aleksandr Zverev ilə üzləşəcək.
















