Tennis üzrə mövsümün ilk Böyük Dəbilqə turniri olan “Australian Open” yarışında qadınların mübarizəsində bütün yarımfinalçılar müəyyənləşib.
Qazaxıstanlı Yelena Rıbakina Polşa təmsilçisi İqa Şvönteki 2:0 məğlub edib. Onun rəqibi həmyerlisi Amanda Anisimovanı mübarizədən kənarlaşdıran ABŞ-li Cesika Pequla olacaq. Digər yarımfinalda dünyanın bir nömrəli qadın tennisçi belaruslu Arina Sabalenka Ukraynadan Elina Svitolina ilə üzləşəcək.
Hər iki duel yanvarın 29-u keçiriləcək.


















