“Qarabağ” klubu fevralın 1-dən Misli Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Ağdam klubu Peşəkar Futbol Liqasına müraciət edərək, “Turan Tovuz”un da müvəqqəti olaraq ev oyunlarını keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən doğma meydan görüşlərini Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Stadionun hazırkı durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan Peşəkar Futbol Liqası “Qarabağ”ın ev oyunlarının fevralın 1-nə təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, “Qarabağ” – “Turan Tovuz” oyunu fevralın 1-i, saat 18:30-da start götürəcək