Gənc oğlanlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı maarifləndirici seminar təşkil olunub.
Seminar ACF-nin Hakimlər Komitəsinin sədri Natiq Bağırov və hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutub.
Tədbir çərçivəsində qaydalardakı yeniliklər idmançılara praktik nümunələr üzərindən təqdim olunub, müxtəlif epizodlar əsasında hakim qərarlarının formalaşma meyarları geniş şəkildə müzakirə edilib.














