Azərbaycanlı baş hakim Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
FIFA referisi, əsas mərhələnin VIII turu çərçivəsində Danimarkada “Mityullann” və Xorvatiyanın “Dinamo Zaqreb” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, “Mityullann” – “Dinamo Zaqreb” qarşılaşması yanvarın 29-u, saat 00:00-da start götürəcək.














