Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək.

Yanvarın 30-da Dünya Atletikası (World Athletics), Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Athletics Club” tərəfindən Bakı Atletika Mərkəzində Beynəlxalq qış turniri baş tutacaq.

Yarışda 60 m məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.