UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Qarabağ”ın İngiltərədə “Liverpul” ilə oyununu idarə edəcək baş hakim açıqlanıb.
Matçda ədaləti slovakiyalı FIFA referisi İvan Krujlyak qoruyacaq. Krujlyak bu mövsüm turnirin III təsnifat mərhələsində ağdamlıların Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı səfər görüşündə də iş başında olub.
Onun köməkçiləri həmyerliləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-i, saat 00:00-da start götürəcək.


















