Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medala sahib olub.
Qrup mərhələsini 4 qələbə ilə bitirən sablyaçı pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Bujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.














