Azərbaycan I Liqasının iddialı klublarından olan “Şəfa” heyətini Kosovo klubundan ayrılan Elmir Tağıyevlə gücləndirib.

Bu barədə Bakı klubunun mətbuat xidmətindən bildirilib.

25 yaşlı futbolçu ilə 6+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Kosovo təmsilçisi “Drenitsa” olub.