“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

“Sarı-göylər” Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Rəhman Hacıyev mövsümün ilk yarısını “Səbail” klubunda keçirib.