Azərbaycanın futzal millisi yoxlama oyunu keçirib.

Bakı İdman Sarayında Danimarka ilə üz-üzə gələn yığma 1:4 hesabı ilə uduzub.

Azərbaycan yığmasının qolunu Nihat İsmayılov vurub.

Qeyd edək ki, yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.