“Qarabağ” qış transfer dönəmində heyətinə yeni futbolçu qatmaq üçün danışıqları davam etdirir.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, klubdan gözləntilərin çox olduğunu sözlərinə əlavə edib:

“Hər hansı bir maneə olmasa, qışda transfer alınmalıdır. Danışıqlarımız davam edir. Ən azından bir transferimizin olacağı gözlənilir”.