İspaniyanın La Liqasında 20-ci turun “Real Sosyedad” – “Barselona” oyunu başa çatıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 32-ci dəqiqədə “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal tərəfindən açılıb. 70-ci dəqiqədə “Barselona”nın forvardı Markus Reşford tarazlığı bərpa etsə də, cəmi bir dəqiqə sonra Qonsalu Gedeş katalonların qapısına ikinci qolu vurub.

Matçın son dəqiqələrində “Real Sosyedad” azlıqda qalıb. 88-ci dəqiqədə Karlos Soler kobud oyuna görə qırmızı vərəqə alıb. Lakin qalan vaxtda hesab dəyişməyib və “Barselona” say üstünlüyündən yararlana bilməyib.