Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.
“Seçim günü” çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində baş tutub. Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçimi uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti “Seçim günü” yanvarın 24-də Gəncədə keçiriləcək.














