“Araz-Naxçıvan” klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Elita təmsilçisi I Liqadan “Zaqatala” ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.