Bu gün qadın voleybolçuların Azərbaycan Yüksək Liqasında VIII turdan təxirə salınmış oyun baş tutub.

“Gənclər”lə qarşılaşan “Abşeron” 3:0 hesablı inamlı qələbəyə sevinib. 9 xal toplayan “Abşeron” hazırda yeddinci pilləni tutur.

Yüksək liqaya isə 24 xalla “Turan” rəhbərlik edir. 18 xallı “DH Volley” ikinci, ondan bir xal geri qalan UNEC üçüncüdür.