“Sabah” yoxlama görüşü çərçivəsində doğma “Bank Respublika Arena”da I Liqa klubu “Mingəçevir”lə qarşılaşıb.

Görüş “bayquşlar”ın 9:1 hesablı qələbəsi ilə bitib.

Masazır təmsilçisinin heyətində Xəyal Əliyev və Velko Simiç het-trik ediblər. Onlarla yanaşı, Umarali Raxmonaliyev, Kahim Parris və Tellur Mütəllimov hərəyə bir dəfə fərqləniblər.