Bakıda yanvarın 31-dən fevralın 1-dək Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün, müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.














