Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” üçüncü yoxlama görüşünə çıxıb.

“Gənclik şəhəri” təmsilçisi bu dəfə Xorvatiyanın “Osiyek” kollektivi ilə üzləşib və 0:2 məğlub olub.

Saşa İliçin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstandan “Pakş”a 1:5 və Serbiyanın “OFK Belqrad” komandasına 1:4 uduzub.