Bu gün Azərbaycanın dörd komandası yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” Çinin “Çenqdu Ronqçenq” kollektivi ilə üz-üzə gələcək.
Türkiyənin Antalya bölgəsində toplanışda olan kollektivlərdən “Zirə” Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə görüşəcək. “Qarabağ” Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyadan “Osiyek”, 19:00-da Polşadan “Zaqlembe” ilə qarşılaşacaq. “Osiyek”lə üzləşəcək digər təmsilçimiz isə “Sumqayıt” olacaq.


















