“Araz-Naxçıvan” qış fasiləsində daha bir yoxlama oyunu keçirəcək.
Andrey Demçenkonun baş məşqçisi olduğu kollektiv yanvarın 18-də I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.
Oyun saat 13:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.
Qeyd edək ki, daha əvvəl komandanın əvəzedici kollektivini 7 cavabsız qolla üstələyən “Araz-Naxçıvan” “Qəbələ”yə 0:1 uduzub.














