Basketbol üzrə Azərbaycan çempionatında XIII tura start verilib. İlk oyun günü bir matç keçirilib.

B qrupu çərçivəsində “Naxçıvan”ı qəbul edən “Lənkəran” 106:75 hesabı ilə qələbə qazanıb. 17 xalı olan cənub təmsilçisi öz qrupunda üçüncüdür. 24 xalı olan “Ordu” liderdirsə, ikinci “Naxçıvan”ın 23 xalı var.

XIII tura yanvarın 18-i yekun vurulacaq.