Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Həlledici matça vəsiqə uğrunda ilk görüşdə Seneqal seçməsi Misirlə qarşılaşıb və Sadio Manenin qolu ilə son görüşə adlayıb.

Nigeriya – Mərakeş qarşılaşmasında isə qalibin adına penalti seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan Mərakeş rəqibini mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, Misir və Nigeriya arasında baş tutacaq üçüncülük oyunu yanvarın 17-si, saat 20:00-da, Senaqal və Mərakeşin final qarşıdurması isə yanvarın 18-i saat 23:00-da başlayacaq.