Türkiyədə təlim məşq toplanışında olan “Qarabağ”ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Ağdamlılar yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. Bu matç saat 12:00-da başlayacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz saat 19:00-da start götürəcək ikinci oyununu Polşadan “Zaqlembe” kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama matçında Özbəkistan təmsilçisi “Neftçi Fərqanə” ilə üzləşib və 5:0 qalib gəlib.