“Mançester Yunayted”in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu posta komandanın keçmiş futbolçusu Maykl Kerrik gətirilib. Onunla cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, İngiltərə klubu yanvarın 5-i portuqaliyalı çalışdırıcı Ruben Amorimlə yolları ayırıb. Müvəqqəti olaraq kollektivə rəhbərlik edən Darren Fletçerin rəhbərliyi altında “Mançester Yunayted” Premyer liqada “Börnli” ilə heç-heçə (2:2) edib və İngiltərə Kubokunda “Brayton”a məğlub olaraq (1:2) mübarizəni başa vurub.