İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. İlk oyunda yarışın son qalibi olan “Nyukasl” “Mançester Siti” ilə üz-üzə gəlib.

Antuan Semenyo və Rayan Şerkinin qolları “şəhərlilər”ə 2:0 hesablı qələbə gətirib. Tərəflər arasında cavab oyunu fevralın 5-də keçiriləcək. Yarımfinalın digər görüşündə bu gecə “Çelsi” və “Arsenal” kollektivləri üzləşəcək.