Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Etapın son oyunlarında “Şəki” “Sərhədçi”ni 92:75, “Sumqayıt” isə NTD-ni 116:94 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Beləliklə, 1/4 finalın bütün cütləri bəlli olub. bu mərhələdə “Abşeron Lions” – “Şəki”, “Neftçi” – “Gəncə”, “Quba” – “Sabah” və “Ordu” – “Sumqayıt” görüşləri baş tutacaq. Qeyd edək ki, bu mərhələnin qarşılaşmaları 18-22 fevral tarixlərində gerçəkləşəcək.














