Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
O, qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.
Yanvarın 15-də Serbiyada keçiriləcək oyununda baş hakimlik funksiyasını isə xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.














