Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Bu vəzifəyə Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna gətirilib.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

Qeyd edək ki, İran yığması London-2012 Yay Olimpiya Oyunlarında Məhəmməd Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq bu ölkənin güləşi tarixində yeni rekorda imza atıb. Bənanın baş məşqçisi olduğu kollektiv Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medalla fərqlənib. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.