İspaniya Super kubokunun həlledivi matçı baş tutub. Final görüşündə “Barselona” və “Real Madrid” kollektivləri üz-üzə gəlib. Əzəli qarşıdurma Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Barselona” ardıcıl ikinci, tarixində 16-cı dəfə ölkə super kubokunun qalibi olub. Qeyd edək ki, bu turnirdə ən çox qələbə də məhz “qırmızı-göylər”ə məxsusdur.














