“Real Madrid” baş məşqçisi Xabi Alonso ilə yolları ayırıb.

Klub açıqlamasında mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.

Qeyd edək ki, Alonso “kral klubu”nun sükanı arxasına ötən ilin yayında gəlmişdi. Hazırda İspaniya La liqasında ikinci pilləni tutan madridlilər son matçda, ölkə superkubokunun finalında “Barselona”ya 2:3 uduzub.

“Real” Alosonun gedişindən sonra boş qalan posta buna kimi klubun akademiyasında işləyən Alvaro Arbeloanı gətirib.