Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.

Özbəkistanın “Neftçi Fərqanə” komandası ilə qarşılaşan “köhlən atlar” 5:0 hesablı qələbə qazanıblar. Ağdamlıların heyətində Marko Yankoviç, Leandro Andrade, Joni Montiel və Nəriman Axundzadə fərqləniblər.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri növbəti yoldaşlıq matçını yanvarın 16-da, Polşanın “Zaqlembe” kollektivinə qarşı olacaq.