“Karvan-Yevlax” qış fasiləsində yeni transferini reallaşdırıb.
Bölgə klubu Samir Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi yevlaxlıların formasını geyinəcək.
Qeyd edək ki, Samir Abdullayev mövsümün ilk yarısını “Mingəçevir” klubunda keçirib. Bu müddət ərzində 12 oyunda 4 qolla yadda qalıb.


















