Bakıda boks məşqçiləri üçün seminar başlayıb.
Boks Mərkəzində təşkil olunan təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edir.
O, məşqçilərə qaydalardakı yeni dəyişikliklər, onların tətbiqi, dərsliklərdəki məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Bu, iki – nəzəri və praktiki hissədən ibarət olacaq. Yekunda məşqçi-müəllimlər imtahan verəcəklər. Təlim yanavarın 18-i başa çatacaq.














