Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra gerçəkləşib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Qeyd edək ki, Tunis seçməsi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.