İspaniya La Liqasının 19-cu turunda “Real Madrid” doğma “Bernabeu”da “Betis” ilə qarşılaşıb.

Oyun “kral klubu”nun 5:1 hesablı inamlı qalibiyyəti ilə bitib. Maraqlıdır ki, madridlilərin heyətində bütün qolları klubun yetirmələri vurublar.

Qonsalo Qarsiya het-trikə imza atıbsa, Raul Asensio və Fransisko Qarsiya hərəyə bir dəfə fərqləniblər. Hazırda “Real” 45 xalla ikincidir və lider “Barselona”dan 4 xal geri qalır.