“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.
Frankfurt təmsilçisi “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Ayub bu mövsüm 18 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.














