Afrika Millətlər Liqasında 1/8 final mərhələsinə iki oyunla start verilib.

Sudan seçməsi ilə qarşılaşan Seneqal 3:1 hesablı qələbə ilə etap adlayıb. Onun 1/4 finaldakı rəqibinin müəyyənləşdiyi matçda Mali və Tunis kollektivləri üzləşib. Görüşün əsas və əlavə vaxtı 1:1 bitdiyindən qalibi penalti seriyası müəyyənləşdirib. Burada daha dəqiq zərbələr endirən Mali adını növbəti mərhələyə yazdırıb.

1/8 finalın daha iki oyunu bu gün baş tutacaq. Mərakeş Tanzaniya ilə, Cənubi Afrika Respublikası isə Kamerunla qarşı-qarşıya gələcək.