İngiltərə Premyer Liqasında XX tura start verilib. Ən maraqlı nəticələrdən birinə “Vulverhempton” imza atıb.

Buna kimi çemponatda yalnız üç heç-heçə ilə yadda qalan “canavarlar” evdə elitada qalmaq uğrunda yarışan digər kollektiv “Vest Hem”lə qarşılaşıb. Matçdan 3:0 hesablı qələbə ilə ayrılan “Vulverhempton” liqada ilk 3 xalını əldə edib.

Ötən mövsümün sonunu da nəzərə alsaq onlar Premyer liqada 23 oyunluq qalibiyyətsizlik seriyasına son qoyublar. Xalını 6-ya çatdıran və sonuncu pillədə qərarlaşan “Vulverhempton” 19-cu “Börnli”dən 6, 18-ci “Vest Hem”dən 8 xal geri qalır.