İtaliya A Seriyasında 18-ci tura start verilib. Yeni ilin ilk matçında çempionluq uğrunda mübarizə aparan “Milan” “Kalyari”nin qonağı olub. “Rossoneri” Rafael Leaonun qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.
Xalını 38-ə çatdıran “Milan” ilk pilləyə yüksəlib. Ondan 1 matç az keçirən komandalardan “İnter” 36 xalla ikinci, “Napoli” 34 xalla 3-cüdür. 33 xallı “Roma” isə dördüncü pillədədir. Qeyd edək ki, bu gün İtaliya A Seriyasının 18-ci turu çərçivəsində daha 5 qarşılaşma oynanılacaq.














