İngiltərə Premyer Liqasında XIX tura 4 görüşlə yekun vurulub.

Maraqlı tərəf odur ki, bu matçların heç birində qalib müəyyənləşməyib. “Liverpul – “Lids”, “Sanderlend” – “Mançester Siti”, “Brentford” – “Tottenhem” oyunlarında ümumiyyətlə qol olmayıbsa, “Fulhem” və “Kristal Pelas” 1:1-lik heç-heçəyə razılaşıb.

Hazırda Premyer liqada turnir cədvəlinə 45 xalla “Arsenal” başçılıq edir. “Topçular” ən yaxın izləyicisi “Mançester Siti”ni 4 xal qabaqlayır. “Aston Villa” 39 xalla üçüncü, “Liverpul” 33 xalla dördüncüdür.