“Çelsi” baş məşqçisi Entso Mareska ilə yolları ayırdığını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub açıqlamasında qarşıya qoyulan məqsədlərə çatmaq üçün bunun daha uyğun yol olduğu bildirib.
Qeyd edək ki, Mareska 2024-cü ildən komandanı çalışdırırdı. Onun rəhbərliyi altında göylər UEFA Konfrans liqasının və FIFA Klublararası dünya çempionatının qalibi olub.














