Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu 2025-ci ili rəsmi oyunlarda het-trik etmədən başa vurub.
Bu, Ronaldu üçün 2009-cu ildən bəri ilk belə haldır. Portuqaliyalı 2025-ci ildə 41 qol vurub. O, sonuncu dəfə çərşənbə axşamı Səudiyyə Ərəbistanı Premyer Liqası çərçivəsində səfərdə “Əl-İttifaq”a (2-2) qarşı oyunda fərqlənib. Beləliklə, Ronaldu karyerası ərzində vurduğu qolların sayını 957-ə çatdırıb.














