“Real Madrid”in hücumçusu Kilian Mbappe zədələnib. Futbolçu məşq zamanı dizindən zədə alıb.

Buna görə fransalının 3 həftə yaşıl meydanlardan kənar qalacağı qeyd edilir. Belə olan halda o, İspaniya Superkuboku matçlarında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, cari mövsüm “Real”ın heyətində 24 oyuna 29 qol vuran Mbappe “kral klubu”nun əsas bombardiridir.