Cari mövsüm Misli Premyer Liqasının ilk yarısında ən çox sarı və qırmızı vərəqə ilə cəzalandırılan komandalar açıqlanıb
“Sumqayıt” sarı vərəqələrin sayında birinci pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisinin futbolçuları 16 tur ərzində 49 dəfə bu vərəqə ilə cəzalandırılıblar.
“Araz-Naxçıvan” və “Karvan-Yevlax” (hər ikisi 36) bu anti-göstəricudə 2-3-cü yerləri bölüşdürürlər.
Qırmızı vərəqələrin sayında “Qəbələ” bütün rəqiblərindən öndədir. “Qırmızı-qaralar”ın oyunçuları 15 turda (bir oyun təxirə salınıb) 3 dəfə meydanı vaxtından əvvəl tərk ediblər. Onlardan 2-si birbaşa, digəri isə ikinci sarı vərəqədən sonra göstərilib.

















