FIFA referisi Əliyar Ağayev Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısında ən çox oyun idarə edən hakim olub.

38 yaşlı ədalət təmsilçisi 16 turun 10-da iş başında olub.

9 görüşü idarə edən Fərid Hacıyev və Cavid Cəlilov növbəti iki sırada yer alıblar. Qeyd edək ki, mövsümün ilk yarısında gerçəkləşən 95 matça 14 referi təyinat alıb.