Məşhur uruqvaylı hücumçu Edinson Kavani peşəkar futbol karyerasını başa vurub. 38 yaşlı futbolçu qərarını sosial şəbəkələrində elan edib:

“Məni formalaşdırdın, məndən çox şey istədin, yıxıldığım zaman yenidən ayağa qalxmağı və hər addımı dəyərli etməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallarıma çatmağıma və meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağıma imkan verdin. Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlarım olmadan mümkün olmazdı. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatımın qalan hissəsində özümlə aparacağım bir şeydir. Hər məşqdə və hər matçda əlimdən gələni etdiyimi bilərək təmiz bir vicdanla ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə mənə çox şey verən bu peşəyə hörmətlə…”.

Qeyd edək ki, son olaraq Argentinada “Boka-Xuniors”un formasını geyinən Kavani “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted” və “Valensiya” kimi komandalarda çıxıš edib. 2008-2022-ci illərdə Uruqvay millisinin şərəfini qoruyan forvard 136 oyuna 58 qol vurub.