Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.

Zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.

Fərdi mübarizədə isə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.

Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.