Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə XII Prezident Kuboku başa çatıb.
Finalda “Elit” komandası “Polad”ı 3:2 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda görüşdə isə “Sərhədçi” “Embawood”dan üstün olub – 2:1.
Mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif ediliblər. “Elit” komandasına həmçinin Prezident Kuboku təqdim olunub.














